11 ildir evinin zirzəmisində “qiyamət”i gözləyən qadın!backend

11 ildir evinin zirzəmisində "qiyamət"i gözləyən qadın!

ABŞ-ın Missuri ştatında yaşayan Roland Makenzi adlı qadın 11 il əvvəl işlərin “pis gedəcəyindən” qorxaraq ailəsi üçün “qiyamət hazırlığı”na başlayıb.

KONKRET.az Hüriyyət-ə istinadən xəbər verir ki, o bunu istənilən fövqəladə vəziyyətdə sağ qalmaq üçün etdiyini bildirib.

38 yaşlı Makenzi ilk olaraq otaqları lobya və düyü kimi uzunömürlü qidalarla doldurmağa başladı. Lakin ehtiyatlar artdıqca, o evin zirzəmisində təxminən 10 min dollara başa gələn gizli sığınacaq tikdi.

Bu məsələyə ciddi yanaşan Makenzi sığınacağını sosial mediada paylaşır və hər kəsi “qiyamət hazırlığı”na dəvət edir.

Makenzi sığınacaqda hər zaman bir neçə silah, eləcə də çoxlu döyüş sursatı olmasının vacib olduğunu bildirir.

Makenzi hesab edir ki, ehtiyatda saxladığı tədarüklərin böyük əksəriyyəti 25 ilə qədər dayanacaq və bu tədarüklər üç nəfərdən ibarət bir ailəni iki il saxlamağa kifayət edəcək. Bu günə qədər o, ehtiyatların yığılmasına və vaxtaşırı yenilənməsinə 20 min dollar xərcləyib.

O, Ukraynadakı müharibənin və ABŞ-dakı təchizat problemlərinin ona haqq qazandırdığını və belə bir sığınacağa ehtiyac olduğunu bildirir. Bunu etmək istəyənlər üçün öz sosial hesablarında məsləhətlər paylaşır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*