İsrail HƏMAS-ın 7 oktyabr hücumunu planlaşdıran yüksək rütbəli komandirini öldürdübackend

İsrail HƏMAS-ın 7 oktyabr hücumunu planlaşdıran yüksək rütbəli komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri (IDF) İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birgə əməliyyat keçirərək HƏMAS-ın hərbi qanadının yüksək rütbəli üzvünə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin və Şin Betin birgə bəyanatında bildirilib.

İsrail tərəfinin açıqlamasında hədəfin kimliyi əvvəlcə açıqlanmasa da, “Reuters” agentliyinin məlumatına görə, zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri Samir Əbu Yunis öldürülüb.

HƏMAS-ın Əl-Qəssam briqadaları da 53 yaşlı komandirin ölümünü təsdiqləyib. Bildirilib ki, o, təşkilatın Rəfah briqadasına rəhbərlik edib və 1991-ci ildən etibarən hərbi qanadda fəaliyyət göstərib.

Məlumata görə, Əbu Yunis 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumun planlaşdırılması və idarə olunmasında iştirak edən əsas komandirlərdən biri olub.

Zərbə Qəzza zolağının cənubunda, Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində həyata keçirilib. Hücum zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

İsrailin müdafiə naziri İsrael Kats da əməliyyatdan sonra HƏMAS rəhbərliyinə qarşı zərbələrin davam edəcəyini bəyan edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*