Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika – Videobackend

Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika - Video

Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb.

KONKRET.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş aparılmır.

Əraziyə baxış zamanı tikinti üçün nəzərdə tutulan materialların toplandığı, lakin texnikanın və işçi qüvvəsinin olmadığı müşahidə edilib.

Sürücülər hesab edirlər ki, tikintinin uzanması ərazidə nəqliyyat yükünü daha da artırır. Onların sözlərinə görə, layihənin tamamlanması təkcə sözügedən küçələrdən istifadə edənlər üçün deyil, həm də ətraf ərazilərdə nəqliyyatın hərəkətinin təşkili baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrdən biridir. Bu səbəbdən tikintinin hazırda hansı mərhələdə olduğu, işlərin nə üçün dayandırıldığı və nə vaxt bərpa ediləcəyi sual doğurur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, qeyri-iş günü olduğu üçün məsələ iş həftəsi ərzində dəqiqləşdiriləcək və məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*