İranda sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər həyatını itirib, 19 nəfər isə xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə ölkənin İlam əyalətində, Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.
İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpurun sosial şəbəkədə yaydığı məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb, 19 yaralı isə xəstəxanalara yerləşdirilib.
İlkin məlumatlarda avtobusun neft sənayesində fəaliyyət göstərən NGL şirkətinin əməkdaşlarını daşıdığı bildirilir. Hadisə noyabrın 14-də axşam saatlarında baş verib.
Qəzanın ilkin mərhələsində İranın Qızıl Aypara Cəmiyyətinin İlam əyaləti üzrə nümayəndəliyi 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlamışdı. Sonradan itkilərin sayının artdığı məlum olub.
Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.
