Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tibb Mərkəzinə köçürülüb.
Digər yaralıların müalicəsi Füzuli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
