Paşinyanın Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcəyini gözləyirəm – İqbal Ağazadəbackend

Paşinyanın Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcəyini gözləyirəm - İqbal Ağazadə  

Ermənistan müxalifəti Baş nazir Paşinyanı Şuşanı Azərbaycana verməkdə ittiham edir. Onlar deyirlər ki, Şuşanın erməni şəhəri olmasına baxmayaraq, hökumət xəyanət edərək şəhəri Azərbaycana verib.

KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin ittihamlarına cavab verib. O, çıxışında bildirib ki, Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub. Bununla da o, Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib. Bəs bu etiraf seçkilərə hazırlaşan Paşinyan hökuməti üçün hansı nəticələri doğura bilər? Ümid Partiyasının sədri İqbal Ağazadə Toplum TV-yə müsahibəsində bu fikirlərlə Paşinyanın hazırkı dönəmdə mövqelərini möhkəmləndirmək istədiyini bildirib: “O, Şuşanın Azərbaycanın şəhəri olduğunu çox gec etiraf edib. Paşinyan inauqurasiya mərasimini orada keçirdiyini və ya qondarma rejimin paytaxtının Şuşaya köçürülmə qərarını verdiyini unudubmu? İndiki açıqlama isə öz məğlubiyyətinə haqq qazandırmaq üçündür. Ermənistan cəmiyyəti bu həqiqətləri gec-tez kiminsə dilindən eşitməli idi. Paşinyan belə bir etiraf edirsə, hesab edirəm ki, Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı qoyula bilər. Hətta onun Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da etiraf edəcəyini gözləyirəm”.

Partiya sədri seçkilərlə bağlı proqnozların indidən verilməsinin çətin olduğunu qeyd edib: “Ermənistanda sosial durum çox ağırdır və bu durumun ağırlığı insanların fərqli qərarlar verməsinə səbəb olur. Paşinyana qarşı müxalif partiyalar sayca çox olsa da, o siyasi arenadan tamamilə silinməyəcək. Ən azından parlamentdə bəlli bir çoxluqla təmsil olunacaq. Bu, hakimiyyət qurmağa yetərli olacaqmı? Bunu demək hələ tezdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*