150 illik tarixi abidəmiz məhv edildi – FOTObackend

150 illik tarixi abidəmiz məhv edildi - FOTO

Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi “Ağa Nəqi hamamı” bələdiyyə tərəfindən dağıdılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat yayan güneyli fəallar sözügedən tarixi abidənin yaşının 1 əsrdən çox olduğunu bildiriblər.

Bəzi tədqiqatçılar hamamın təxminən 150 il öncə Qacarlar dövründə tikildiyini deyib.

Qeyd edək ki, keçən həftə də Camışavan məhəlləsində yerləşən və Qacarlar dövrünə aid olan “Babaxan Evi” Təbriz bələdiyyəsi tərəfindən yararsız vəziyyətə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*