“16 fevraldan tələbə ilə əlaqə saxlaya bilmədik” – Öldürülən tələbə ilə bağlı AÇIQLAMAbackend

"16 fevraldan tələbə ilə əlaqə saxlaya bilmədik" - Öldürülən tələbə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb.

Könül Ağayevanın oxuduğu Pedaqoji Universitetinin Cəlilabad filialından KONKRET.az-a bildirilib ki, tələbə 16 fevraldan dərslərə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb:

“Tələbə yanvarda imtahanlarda iştirak edib. Lakin imtahanlardan sonra – ikinci semestrdə dərsə gəlməyib artıq. 4 dənə kəsri var idi, alt qrupda oturmalı idi. İkinci semestr başlayandan – 16 fevraldan bu tələbə ilə əlaqə saxlaya bimədik. Dərslərdə də qaib yazılırdı”.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı Könül Ağayevanın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. Hazırda Lənkəran rayon Prokurorluğu hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır. (metbuat.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*