16 yaşlı piyadanın ölümü ilə bağlı cinayət işi açıldı – YENİLƏNİBbackend

16 yaşlı piyadanın ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə,  bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev  idarə etdiyi “Opel”  markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Şabran şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.

Piyada Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılsada, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*