“Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.
KONKRET.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:
“190 manat birdəfəlik ödəniş iki aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq, bu məsələyə baxıla bilər”.
“Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir”, – deyə nazir müavini qeyd edib.

salam mən aprel ayin 10 qeydiyyatdan kecmisəm.Mənə hec sms gəlməyib.190m.gorə.
Mende aprel ayın 16 si tesdiqlenivb hələ sayan yoxdu
Salam.Mene kimse bawa sala bilerki bu ne demek?SMS qelib ki wehsiyet vesiqesiynnen yaxinnawin azerpocta ve qetdik dedilerki pul kecmiyib.Bes 4 qundu kecib qetdik Sosiyal mudafiye fonduna ordan bir yalan uydurdularki quya yalniw qelib.Bes yalniw nomre olsun bes adi soyad ve ata adi bele eyni ve nomrede duzqun unvana.Bes yaxwi bize qelmibse niye atkaz qelmiyib.Adami qic yerine qoymuyun.CAVAB YAZIN BARI!?
Salam.Bu ay üçün bankomat kartına görə sms gəlməliydi.Hələ də heç nə yoxdu.Məşğulluq mərkəzində 6 aydı qeydiyyatdayam.
Salam men 1 ci defe 190 m aldim.Indi mene helede sms gelmiyib karta gore mennen sonra alanlar uje kartdan pullarini aldilar men helede gozluyurem goresen gelmiyecek??