backend

190 manatlıq yardımın ikinci aylıq ödənilməsinə başlanılır - Vaxt AÇIQLANDI

Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”.

Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.

  • Veliyeva Medine
    May 11, 2020 - 15:21

    Salam,men qeydiyyatdan kecmisem .Mene hec bir melumat gelemdi. Cammat artiq ikinci ayini alir. Men bu sistemi basa dusmurem.Bizde bir xeber verseler sevinerik.

  • Lamiyə
    May 11, 2020 - 15:30

    Men karti necə ala bilerem

    • Ali
      May 13, 2020 - 03:21

      Sms gelecek size xanim babka gedib yaxinlawib kartinizi alasiz

  • Dostluq məşəli
    May 11, 2020 - 16:22

    Hal _hazirda aprel ayı üçün birdəfəlik ödəməni ala bilməyən vətəndaşlar var.Niyə bu vətəndaşları get gələ salırlar?

  • Nurlan
    May 12, 2020 - 14:04

    Salam 190 manat ucun muraciet edenler elaqe saxlaya bilereler wp 0508969289

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*