1900-cu ilə aid şəkildəki bu detal görənləri qorxuya saldı – FOTOLARbackend

1900-cu ilə aid şəkildəki bu detal görənləri qorxuya saldı - FOTOLAR

1900-cü ildə çəkilmiş ağ-qara fotoşəkil sosial şəbəkə istifadəçilərini çaş-baş qoyub.

“Daily Mail”in yazdığına görə, köhnə fotoda qorxunc detal “Mumsnet” forumunun iştirakçılarının nəzərini cəlb edib.

Şəkil Şimali İrlandiyanın paytaxtı Belfastda çəkilib.

Orada kətan fabrikinin 15 qadın işçi təsvir edilib.

İstifadəçilərdən biri fotoşəkildə qeyri-adi nə olduğu barədə təxminləri irəli sürməyi təklif edib.

Şərhçilər qadınlardan birinin çiynində tək əl gördüklərini yazmağa başlayıblar.

Sosial şəbəkə istifadəçiləri bu detala görə bərk qorxduqlarını dilə gətiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*