“Turan Tovuz” – “Fənərbağça” oyununa nə qədər bilet satılıb?backend

“Turan Tovuz” – “Fənərbağça” oyununa nə qədər bilet satılıb?

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.

KONKRET.az bildirir ki, bu barədə “Report”a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

“Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik. Oyuna maraq gözlənildiyi kimi çoxdur. Həqiqətən dostluq qarşılşamasına şahidlik edəcəyik. Görüşdən əvvəl hansısa bədii hissə nəzərdə tutulmayıb. Bakıda bu cür oyunun keçirilməsinin özü böyük maraq kəsb edir”, – deyə o vurğulayıb.

Klub rəsmisi İstanbul komandasının Bakıya bu gün, saat 17:30-da gələcəyini bildirib.

Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*