2 ölkədə fövqəladə vəziyyət: Son 25 ilin ən böyük “hücumu”backend

2 ölkədə fövqəladə vəziyyət: Son 25 ilin ən böyük "hücumu"

Pakistanda səhra çəyirtkələrinin kütləvi yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.

KONKRET.az xəbər verir ki, ölkə son 20 ilin ən böyük çəyirtkə “hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.

Pakistanın İnformasiya naziri Firdus Amik Avan deyib ki, zərərvericilərin çoxalması kənd təsərrüfatına böyük zərər vurur.

Xatırladaq ki, ötən il Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub.

Qeyd edək ki, Somali hökuməti də çəyirtkə axınına görə ölkədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, bu, Somalidə son 25 ilin ən böyük çəyirtkə hücumudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*