200-dən çox inək oğurlanaraq Polşaya aparıldı – Əsrin heyvan oğruları necə həbs olundu?backend

200-dən çox inək oğurlanaraq Polşaya aparıldı – Əsrin heyvan oğruları necə həbs olundu?

Almaniyanın Brandenburq federal torpağının polisi 200-dən çox inəyin oğurlanaraq Polşaya aparılması ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, polisin məlumatına görə, son aylarda bölgədə 200-dən çox iribuynuzlu heyvan itib. Bir neçə gün əvvəl Polşada iki polşalı şübhəli saxlanılıb və onların evlərində axtarışlar aparılıb.

Araşdırma Almaniya və Polşanın hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı ilə həyata keçirilib. Polis açıqlamasında qeyd edib ki, şübhəlilərin cinayətləri 2026-cı ilin mart-may ayları arasında törətdikləri ehtimal olunur.

Bundan əvvəl Brandenburqda gecə saatlarında onlarla inəyin oğurlanması barədə məlumat yayılmışdı. Fermerlərə dəymiş zərərin 100 min avrodan çox olduğu bildirilirdi.

Fermerlərin sözlərinə görə, oğurlanmış heyvanları Almaniyada satmaq demək olar ki, mümkün deyil. Çünki hər bir inəyin qulaq birkası var və heyvanlar xüsusi məlumat bazasında qeydiyyata alınıb.

Bu səbəbdən fermerlər əvvəlcədən ehtimal edirdilər ki, oğurlanan heyvanlar xaricə aparılaraq qanunsuz şəkildə kəsilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*