2018-ci ilin yazında baş verən “məxməri inqilab”ı “Qarabağ əleyhinə bir hərəkat idi – Sarkisyanbackend

2018-ci ildə baş verən “məxməri inqilab”ı Qarabağ əleyhinə bir hərəkat idi - Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hazırkı baş nazir Nikol Paşinyanın onun “layihəsi” olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, ArmNyus telekanalına müsahibə verən Sarkisyan 2018-ci ilin yazında baş verən “məxməri inqilab”ı mahiyyət etibarilə “Qarabağ əleyhinə bir hərəkat” adlandırıb və hazırkı baş nazirin onun “layihəsi” olduğu barədə ittihamları rədd edib.

“Heç düşmənə də belə belə bir “layihə” arzulamazdım” deyən Serj Sarkisyan bu biabırçılığı özünə rəva görmədiyini vurğulayıb.

Müsahibə zamanı eks-prezident təkcə 2018-ci il hadisələrindən deyil, həm də Qarabağla bağlı danışıqlar barədə sualları da cavablandırıb.

Xatırladaq ki, Serj Sarkisyan 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi genişmiqyaslı etirazlar fonunda Ermənistanın rəhbəri postundan gedib.

Müsahibənin geniş formatı sabah yayımlanacaq. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*