2025-ci ildə yeni təhsil standartları hazırlanacaqbackend

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: “Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*