Dünyada ən çox bu qida növündən istifadə edilir – İldə 76 milyard yetişdirilirbackend

Dünyada ən çox bu qida növündən istifadə edilir - İldə 76 milyard yetişdirilir

Toyuq əti dünyanın ən çox istehlak edilən ət növünə çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, toyuq əti dünyanın ən çox istehlak edilən ət növünə çevrilib. 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib, halbuki bu göstərici 2006-cı ildə 48,3 milyard idi.

XX əsrdə daha çox imkanlı insanların seçimi hesab olunan bu məhsul indi dünyada əsas protein mənbəyinə çevrilib. Ekspertlərin fikrincə, “toyuq dövrünün zirvəsi” hələ qarşıdadır və istehlak artmağa davam edəcək.

Əsas artım Asiya-Sakit Okean regionu, Amerika və Avropada müşahidə olunur. Qlobal tələbatın təxminən üçdə biri isə Çin və ABŞ-ın payına düşür.

Quşçuluğun uğurunun əsas səbəbləri bunlardır: əlverişli qiymət, yemdən səmərəli istifadə, qısa istehsal müddəti və toyuq ətinin əksər dinlərdə və mədəniyyətlərdə qadağan olunmaması.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*