2030-cu ildə dünyada 10 milyon həkimə ehtiyac olacaqbackend

2030-cu ildə dünyada 10 milyon həkimə ehtiyac olacaq

Hazırda bir çox ölkələrdə tibb işçiləri və xəstə baxıcıları çatışmır. 2030-cu ilə qədər dünyada bu peşələr üzrə mütəxəssis çatışmazlığı 10 milyon nəfərə çata bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus cümə axşamı Cenevrədə keçirdiyi brifinqdə deyib .

“Tibb işçiləri istənilən səhiyyə sisteminin əsasını təşkil edir. Bir çox ölkələr tibb işçiləri və xəstə baxıcılarının ciddi çatışmazlığı ilə üzləşir və onların bir çoxu başqa ölkələrə gedirlər. Hazırkı tendensiya davam edərsə, 2030-cu ilə qədər dünyada 10 milyon tibb işçisi və baxıcı çatışmazlığı yaranacaq”, – deyə Baş direktor bildirib.

ÜST rəhbəri onu da diqqətə çatdırıb ki, qadınlar dünya üzrə tibb işçilərinin 70%-ni təşkil etsə də, onlar səhiyyə sektorunda rəhbər vəzifələrin dörddə birini tuturlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*