21 ölkədən Azərbaycana bu məhsulların idxalı dayandırıldıbackend

21 ölkədən Azərbaycana bu məhsulların idxalı dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan KONKRET.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam, Macarıstan, Rumıniya, Polşa , Koreya , Filippin , İndoneziya , Rusiya, Almaniya, Latviya, Cənubi Afrika Respublikası, Moldova, Çin, Laos , Tanzaniya , Butan Krallığı, Namibiya, Myanma, Kot-d’İvuar, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ölkələrin inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*