“Emilin yanındakı qızla bir araya gəldik” – Bakıda bardakı qətlin TƏFƏRRÜATLARIbackend

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən H.M-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid T.M mərhum Emil Rəcəblini tanıdığını, təqsirləndirilən H.M-i isə hadisə günü tanıdığını bildirib:

“Hadisə baş verən gün mən gecə saat 1-ə yaxın karaokeyə gəldim. Dostlarımla vədələşmişdik ki, burada görüşüb bayramı qeyd edək, əylənək. Mən gələndə dostlarımdan gələn hələ yox idi. Onlar gələnə kimi sifarişimi verib masada əyləşdim. Gördüm ki, Emil yanında bir qız və dostları ilə məkana daxil oldular. Emili 10 ilə yaxındır ki, tanıyırdım. Məni öz stollarına dəvət edib hamı ilə tanış elədi. Dostlarım da elə bu vaxt gəlib çıxdılar. Mən üzr istəyib öz masamıza getdim.

Klubda tanıdığım qızlar məni rəqsə dəvət elədilər. Elə gətirdi ki, Emilin yanındakı qızla bir araya gəldik. Rəqs bitən kimi Emil çox əsəbi halda gəlib qızla nə danışdığımı soruşdu. Mən adi, kiçik bir söhbətin olduğunu dedim. Elə bunu demişdim ki, Emil boynumdan, qolumdan tutub sıxmağa başladı. Buraxsın deyə onu itələyəndə, üzərimə zərbələr endirməyə başladı. Məni çölə çıxartdılar. Geri qayıdanda gördüm ki, hamı karaokenin sağ tərəfinə yığışıb, dava-qırğındır. Emilin necə vurulduğunu, H-nın əlində bıçaq olduğunu görməmişəm”.

Növbəti proses 27 oktyabr saat 15:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. 36 yaşlı H. M. ilə 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Sonra obyektin qarşısında H.M. E.Rəcəblini bıçaqlayıb. Ağır yaralanan E. Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.M. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.\\lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*