2100-cü ilə qədər dənizlər və okeanlar tanınmaz dərəcədə dəyişəcək… – ARAŞDIRMAbackend

2100-cü ilə qədər dənizlər və okeanlar tanınmaz dərəcədə dəyişəcək... - ARAŞDIRMA

Amerikalı alimlərin yeni araşdırmasına görə, əsrin sonuna qədər insanlıq havaya atılan karbon tullantılarını nəzarətə götürməsə, Yer səthinin 95%-ə qədəri fəlakətli şəkildə dəyişəcək.

KONKRET.az Phys.org saytına istinadla xəbər verir ki, söhbət suyun temperaturu, turşuluğu və bir çox dəniz heyvanlarının sümük və qabıq yaratmaq üçün istifadə etdikləri araqonit mineralının konsentrasiyasındakı dəyişikliklərdən gedir. Bütün bu faktorlar dənizlərdə, okeanlarda və digər su səthlərində həyatın inkişafı üçün çox əhəmiyyətlidir.

Karbon tullantılarının okean səthinə təsirinin 18-ci əsrin ortalarından etibarən başladığını müəyyənləşdirən mütəxəssislər bunun 2100-cü ilə qədər hansı fəsadlara gətirib çıxaracağını proqnozlaşdırıblarBunun üçün onlar Dünya okeanı iqlimini üç dövr üçün modelləşdiriblər:

19-cu əsrin əvvəlləri (1795-1834);

20-ci əsrin sonu (1965-2004);

21-ci əsrin sonu (2065-2114).

Alimlər sonradan bu modelləri daha iki tullantı ssenarisi üzrə artırıblar. RCP4.5 olaraq bilinən birinci ssenari 2050-ci ilə qədər istixana qazları tullantılarının ən yüksək həddini, sonra isə əsrin qalan hissəsində yavaş bir azalmanın olmasını nəzərdə tutur. İkinci ssenari – RCP8.5 – bəşəriyyət hər şeyi dəyişməz saxlayacağı təqdirdə növbəti 80 il ərzində tullantıların həcminin artacağını ehtiva edir.

Beləliklə, birinciyə, yəni iki ssenaridən ən əlverişlisinə uyğun olaraq, 2100-cü ilə qədər su səthinin 36%-i fəlakətli şəkildə dəyişəcək. Tullantıların həcminin artacağı ssenarisində isə bu rəqəm 95%-ə qədər yüksələcək.

Alimlər həmçinin 20-ci əsr ərzində Dünya okeanının iqlim səthinin faktiki olaraq dəyişməz qaldığını, 2100-cü ilə qədər okean səthinin 82%-nin yaxın tarixdə görülməmiş iqlimlə üzləşə biləcəyini təsbit ediblər. Bunlara flora və faunanın inkişafı üçün vacib olan daha az minerallı isti və turş dənizlər aiddir.

Araşdırmanın aparıcı müəllifi, Şimal-Şərq Universitetinin Dəniz Elmləri Mərkəzinin əməkdaşı Keti Lotterhos bildirib ki, karbon tullantılarının okean sularının tərkibini dəyişməsi bütün su canlılarının həyatına, hətta suyun üzərində yaşayanlara da təsir edəcək. “Onsuz da qlobal istiləşmə ilə əlaqədar bir çox dəniz növləri yaşayış arealını dəyişiblər”, – deyə mütəxəssis qeyd edib.

Alimlər dünya ölkələrinin dəniz səthində baş verən dəyişikliklərə diqqət yetirməli olduqlarının vacibliyini diqqətə çatdırırlar. Qarşıdakı onilliklərdə bu dəyişikliklər daha tez-tez baş verəcək və bunu gözardı etmək olmaz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*