22 yaşı var, Ağcabədidə doğulub və… — Polisin zərərsizləşdirdiyi cinayətkar KİMDİR?backend

22 yaşı var, Ağcabədidə doğulub… - Polisin zərərsizləşdirdiyi cinayətkar KİMDİR?

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində  silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

KONKRET.az-ın məlumatına görə, DİN-dən bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.

R. İsmayılov Ağcabədi rayonunda dünyaya gəlib və Qalakənd qeydiyyatındadır.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*