28 il əvvəldən virusdan qorunmaq üçün maska və ərzaq toplayan şəxs DANIŞDIbackend

XX əsrdən qiyamət tədarükü - Yerin altında maska və ərzaq topladı - FOTO  

İllərdir qiyamət günü və aclıq üçün silah, qida, azuqə yığan insanlar yer altındakı həyatlarından danışıblar.

KONKRET.az xəbər verir ki, yerin altında illərdir azuqə yığan iki varlı ingilis bunun səbəbini açıqlayıblar. 28 il əvvəl fəlakətli günlər üçün hazırlıq görən Ceyms Vesley Ravles ailəsini qorumaq üçün bu addımı atdığını deyib. O, topladıqları haqqında danışarkən ”95 ədəd üz maskamız, yüzlərlə steril əlcəyimiz və 4 il bizə yetəcək qədər ərzağımız var” açıqlamasını verib. Ravles bildirib ki, koronavirus kimi dünyanı çökdürən fəlakətlərin olduğunu hiss etdiyi üçün həyat yoldaşı və uşaqları ilə birlikdə yer altındakı evlərinə köçüb. O, şəhərdən uzaq meşədə yaşadığını, ov etdiyini və həyətindəki sahədə əkin-biçinlə günlərini keçirdiyini deyib.

ABŞ-ın İllionis əyalətində inşa etdiyi sığınacaqda yaşayan 67 yaşlı Dale Lambert isə illərdir karantinaya alınacaq günlər üçün hazırlıq gördüyünü deyib. Evində 2 ilə yaxın azuqə toplayan Lambert güclü olmaq üçün bir ay ərzində 40 vitamin içdiyini də xüsusi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*