3 gün əvvəl yaranan şirkət 50 minlik tenderi “uddu” – FOTOFAKTbackend

3 gün əvvəl yaranan şirkət 50 minlik tenderi "uddu" - FOTOFAKT

Ədliyyə  Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

KONKRET.az yeniavaz-a istinadən xəbər verir ki, Pentensiar Xidmətin tabe qurumlarında yolların əsaslı təmiri məqsədilə “Foross 2022” MMC-yə (VÖEN – 1307531491) 48 min 924 manat ödəniləcək.

Tender müsabiqəsinin qalibi olan “Foross 2022” MMC cəmi 20 gün əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, H.Q. Mustafayev, ev 11-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Əsədov Elman Nasir oğludur.

Qeyd edək ki, Pentensiar Xidməti kotirovka sorğusunu 26.01.2022-ci il tarixində elan edib. “Foross 2022” MMC isə elandan cəmi 5 gün əvvəl – 21.01.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Bu günlərin də 2-si qeyri iş günlərinə təsadüf edib.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 3 gün (iş günü) əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da qeyd edık ki, Pentensiar Xidməti tərəfindən bu cür qeyri-adi tender müsabiqələri əvvəllər də keçirilib.

Aşağıdakı yazıya daxil olaraq  Pentensiar Xidməti tərəfindən keçirilən daha bir qeyri-adi tender müsabiqəsilə tanış ola bilərsiniz:

Pentensiar Xidmət 46 min manatlıq tender keçirib – Qalib ötən il avtomobil oğurluğuna görə saxlanılıb?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*