backend

3 məktəbli 36 il əbəs yerə həbs həyatı yaşadı

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində orta məktəb şagirdi ikən qətldə günahlandırılan 3 nəfər 36 ildən sonra sərbəst buraxılıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, Baltimore məhkəməsi 1983-cü ildə baş verən cinayətdə dəlilləri yenidən araşdırıb.

Məhkumlardan biri ötən il məlumat əldə etmək hüququ əsasında hadisə ilə bağlı möhürlü sorğu qeydlərini əldə edib və Prokurorluğa müraciət edib. Ardından Baltimore Prokurorluğu bu ilin əvvəlində işin yenidən açılmasına qərar verib. Nəticədə Çestnut, Vatkins ve Stevartın həbsdən azad olunması barədə əmr verilib.

Hakim “verilən qərarın illərdir çəkdiyiniz əziyyət qarşısında əhəmiyyətsiz olduğunu bilirəm, amma ədalət sistemi adına sizdən üzr istəyirəm” ifadəsini işlədib.

Hər üç şəxs saxlandıqları həbsxanadan azadlığa buraxılıb. Çestnut, Vatkins ve Stevart Harlem Park orta məktəbinin şagirdi 14 yaşlı Devit Daketin silahla öldürülməsinə görə 1983-cü ildə ömürlük həbs cəzasına məhkum edilib.

Sözügedən hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxs isə 2002-ci ildə silahlı insidentdən sonra öldürülüb.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*