31 il sonra Şamaxıda dəfn olundu – FOTOLARbackend

31 il sonra Şamaxıda dəfn olundu - FOTOLAR

Kütləvi məzarlıqda qalıqları tapılan 1969-cu il təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun qalıqları anadan olduğu Şamaxı rayonuna aparılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, onu nəşinin qalıqlarını Şamaxı şəhərinin girişində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qarşılayıb.

Bundan sonra nəşin qalıqları mərhumun Göylər kəndindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra qalıqlar dəfn olunmaq üçün Göylər kənd qəbiristanlığına aparılıb.

Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*