Almaniyada son sutka ərzində 362 nəfər COVID-19-a yoluxub.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.
Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 47 insan virusdan ölüb.
İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 179 364 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 349 pasiyent ölüb.
Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb.
Burada 46 458 nəfərin virusa yoluxması təsdiqlənib.
Şimali Reyn-Vestfaliyada 37 541, Baden-Vürtemberqdə 34 500 nəfər koronavirus daşıyıcısıdır.
Berlində virusa 6 673 yoluxma qeydə alınıb.