37 il əvvəl itkin düşmüş alpinistin cəsədi tapıldıbackend

37 il əvvəl itkin düşmüş alpinistin cəsədi tapıldı

37 il əvvəl itkin düşən alpinistin cəsədi İsveçrədə əriyən buzlaqda tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

İyulun 12-də alpinistlər Tsermatt kəndinin cənubundakı Teodul buzlağında ərimiş buzun içindən çıxan insan qalıqlarını, eləcə də dağa qalxmağı asanlaşdıran gəzinti çəkmələri və kramponlar, ayaqqabı aksesuarları aşkar ediblər.

Qalıqlar Valais xəstəxanasının məhkəmə tibb şöbəsinə göndərilib və DNT testi onların 1986-cı ildə dağlarda itkin düşən 38 yaşlı alpinistə aid olduğunu təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*