380 dərəcə şaxta olacaq?backend

380 dərəcə şaxta olacaq?

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar.

KONKRET.az axar.az-a istinadən bildirir ki, bu barədə RİA məlumat yayıb.

Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.

“Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”, – deyə məlumatda bildirilir.

“Tele2” mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun “0” ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*