4 hərbi təyyarə, 2 PUA, 2 qanadlı raket… – Rusiyanın SON SUTKADAKI İTKİLƏRİbackend

4 hərbi təyyarə, 2 PUA, 2 qanadlı raket... - Rusiyanın SON SUTKADAKI İTKİLƏRİ

“Son sutkada Rusiyaya məxsus 4 hərbi təyyarə, 2 PUA, 2 qanadlı raket və 1 helikopter məhv edilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin son məlumatına görə, Ukrayna qoşunları paytaxt Kiyev ətrafında, Zaparoje, Krivoy Roq və Mikolayev istiqamətində müdafiəni gücləndirib, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alıb. Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.

Rusiya son sutkada Donetsk və Luqansk istiqamətindən 5 dəfə hücuma cəhd edib, lakin qarşısı alınıb. Nəticədə 2 Rusiya tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı fevralın 24-də müharibəyə başlayıb.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*