63 il sonra məzun, 84 yaşında vəkil oldu – FOTObackend

63 il sonra məzun, 84 yaşında vəkil oldu - FOTO

Antalyada 84 yaşlı Mustafa Yavuz Yalçınkaya 1959-cu ildə daxil olduğu Ankara Universitetinin Hüquq fakültəsini keçən il bitirdikdən sonra 1 illik təcrübə müddətini başa vurub.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Antalya Vəkillər Kollegiyasında qeydiyyatdan keçən Yalçınkaya ən yaşlı vəkil kimi xalatını geyinib.

Belə ki, 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinə daxil olan Yalçınkaya vəzifəsi ilə əlaqədar təhsilini yarımçıq qoyub və 30 ilə yaxın xaricdə yaşayıb. O, 47 yaşında təqaüdə çıxdıqdan sonra uzun illər musiqiçi kimi fəaliyyət göstərib. 2018-ci ildə isə çıxan tələbə əfvi ilə ayrıldığı universitetə qayıdıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*