Sərnişin avtobusu ilə TIR toqquşdu: 11 nəfər öldü, 27 yaralı – FOTO / VİDEO backend

Sərnişin avtobusu ilə TIR toqquşdu: 11 nəfər öldü, 27 yaralı - FOTO / VİDEO 

Türkiyənin Manisa vilayətində sərnişin avtobusu ilə TIR-ın toqquşması nəticəsində 11 nəfər ölüb, 27 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qəza Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar ödəniş məntəqəsi yaxınlığında baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları cəlb olunub.

Manisa Valiliyinin açıqlamasına görə, xəsarət alanlar xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qəzanın səbəbləri araşdırılır.

Günay Əli 
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*