75 yaşlı kişini maşın vurub öldürdübackend

75 yaşlı kişini maşın vurub öldürdü

Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunun ərazisində, Babək küçəsində qeydə alınıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*