“88”lə başlayan nömrə nişanları ilə bağlı AÇIQLAMAbackend

“88”lə başlayan nömrə nişanları ilə bağlı AÇIQLAMA

Nəqliyyat vasitələrinə “88”lə başlayan nömrə nişanlarının verilməsi maraqla qarşılanıb. Bu cür seriya nömrələrinə daxil olan rəqəmlərin nəyə əsasən tətbiq edildiyi barədə suallar yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yeni “88” qeydiyyat nişanının digərlərindən heç bir fərq yoxdur.

Onun sözlərinə görə, “88” adi seriya nömrəsidir: “Adi rəqəmlərdir. Sadəcə, bu cür kombinasiyalar qurulub və təqdim olunur. Vətəndaşların həvəsi, marağı var, bu nömrədən istifadə edirlər. Şərt deyil ki, nömrəni özəl sifarişlə, xüsusi təmtəraqla alasan. İstənilən şəxs avtomobil alanda yeni nömrə tələb edirsə, istəyirsə, həmin seriyada ona nömrə verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*