Abdullah Öcalanın qardaşı COVID-19-dan ÖLDÜbackend

Abdullah Öcalanın qardaşı COVID-19-dan ÖLDÜ

PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı Osman Öcalan ölüb.

KONKRET.az xəbər verir ki, İraqda yaşayan O.Öcalan bir müddət əvvəl koronavirusa yoluxub və vəziyyəti ağırlaşdığından Ərbil şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

O. Öcalan bu gecə koronavirusdan ölüb.

Qeyd edək ki, Osman Öcalan 1958-ci ildə Şanlıurfanın Halfəti ilçəsinin Ömərli kəndində doğulub. O da qardaşı Abdulla Öcalan kimi PKK liderlərindən sayılıb. A.Öcalan Türkiyədə həbsdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*