ABŞ Prezidenti Donald Trampın administrasiyası immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda dünyanın hər yerindən edilən viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırıb.
KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bildirib ki, Amerika səfirlikləri və konsulluqlarının əməkdaşları üçün təlimlərə başlanılıb. Buna görə də viza prosedurlarının cədvəlində dəyişikliklər ediləcək.
Qurumun məlumatına görə, bu təlimlər konsulluq əməkdaşlarına ABŞ hakimiyyətinin fikrincə dövlət sosial yardımlarından asılı ola biləcək müraciətçiləri daha yaxşı müəyyən etməyə, həmçinin viza namizədlərinin daha ardıcıl və vahid meyarlarla qiymətləndirilməsinə kömək edəcək.
Financial Times qəzetinin yazdığına görə, artıq immiqrasiya vizası üçün müsahibə tarixi təyin edilmiş şəxslərə görüşlərinin təxirə salındığı barədə bildiriş göndərilib. Onlara yeni tarixlərin daha sonra açıqlanacağı bildirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
