ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanın həbs olunmasına çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, Obama və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbərliyi 2016-cı il prezident seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı məlumatları saxtalaşdırıb.
“CIA və FBI-ın iyirmi əməkdaşı Barak Obama və keçmiş kəşfiyyat direktorunun Rusiyayla bağlı saxta məlumat hazırladıqlarını təsdiqləyən siyasi bomba ortaya qoydu. Bu məlumatlar təxminən on il CIA arxivində saxlanılıb və məqsəd Trampın seçkilərdə qələbəsini gözdən salmaq üçün kəşfiyyat məlumatlarını manipulyasiya etmək olub”, – deyə Tramp bildirib.
Barak Obama və ya onun nümayəndələri Trampın ittihamlarına münasibət bildirməyiblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
