ABŞ-da bayraqlar yarıya ENDİRİLƏCƏKbackend

ABŞ-da bayraqlar yarıya ENDİRİLƏCƏK

ABŞ-da indiyədək koronavirusa yoluxan bir milyondan çox insan vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat yayıb.

Bildirilib ki, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün dövlət başçısı sərəncam verəcək və bu qərara əsasən bütün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.

“Bu gün biz faciəvi bir mərhələni qeyd edirik: bir milyon amerikalı COVID-19 səbəbiylə həyatını itirib. Biz pandemiya ilə mübarizədə ayıq qalmalıyıq. Önümüzdəki aylarda Konqresin bu təşəbbüsləri dəstəkləməsi çox vacibdir”, – deyə Bayden əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*