ABŞ-ın Kaliforniya ştatının cənubundakı Santa Barbara şəhərinin şimalında başlayan meşə yanğını 16 kvadrat kilometr əraziyə yayılıb.
KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı hələlik heç bir tələfat yoxdur.
Yanğın səbəbilə bölgəyə yaxın qəsəbələrdə yaşayan 6 min 300 adamın təxliyə edilməsi əmri verilib.
Xatırladaq ki, Santa Barbara şəhərinin şimalındakı Los Padres Milli Meşəsi yanmağa başlayıb. Santa Ynez dağlarının yamaclarında və kanyonlarında küləyin olduğu qeyd edilir. Milli Meteorologiya Xidməti, bölgədə gözlənilən fırtına və yağışın sabah gecə saatlarından etibarən yanğının daha da yayılmasının qarşısını alacağını proqnozlaşdırır.
Hazırladı: Günel MÜSEYİB
