KONKRET.az Ermənistanda ABŞ səfirliyinə istinadən bildirir ki, 2019-cu il ərzində ABŞ-ın Ermənistan hökumətinə maliyyə dəstəyi artmaqda davam edərək 60 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 40 faiz çoxdur. ABŞ hökuməti bu fondlarla Ermənistanda bir çox sahələrdə demokratik inkişafın stimullaşdırılmasına, xüsusən də, korrupsiyaya qarşı mübarizədə, təhlükəsizlik, enerji, təhsil, ingilis dilinin tədrisində, insan hüquqları, vətəndaş cəmiyyəti, hüquq-mühafizə və məhkəmə islahatları sferasında töhfə verib.
“Son 27 ildə Amerika Birləşmiş Ştatları Ermənistandakı demokratik proseslərin və təsisatların inkişafına böyük töhfə verdi və bu istiqamətdə dəyişiklik etmək niyyətində deyilik. Xüsusilə də, indi – Ermənistanda demokratiyanın tarix ərzində ən güclü olduğu bir dövrdə. Bu səbəbdən qürur hissi ilə bildiririk ki, bu il dəstəyimiz 60 milyon dollardan çoxdur”, – deyə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bildirib.
Ermənistandakı müxtəlif təşkilatları və QHT-ləri maliyyələşdirən ABŞ ölkədə siyasi vəziyyətə və hətta Yerevanın xarici siyasətinə təsir göstərən “soft power” vasitələri yaratmağı bacarıb. ABŞ qrantlar və digər təşkilatlar – Soros Fondu, USAİD və s. vasitəsilə postsovet ölkələrində – Ukraynada, Gürcüstanda rəngli inqilabları maliyyələşdirə bilər, bundan sonra bu ölkələrin xarici siyasəti tam dəyişir, anti-Rusiya meydanına çevrilir və Qərblə (AB) NATO-nun üzünə 180 dərəcə dönür.
Ermənistanda, Avropa və ABŞ-ın maliyyəsi ilə “vətəndaş cəmiyyəti” ümumi adı altında bir şəbəkə yaradılıb – şəbəkə dövlət aparatına daxil olaraq, qərb lobbiçiliyinə üz tutub. Çox sayda QHT Rusiyanın Ermənistandakı təsirinə və Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsinə qarşı aktiv fəaliyyət göstərir, bunu artıq Rusiyanın İrəvandakı səfirliyi etiraf edib. Bu, Ermənistan hakimiyyətinə Qərbin ölkəyə verdiyi yardımı və Ermənistan-Rusiya münasibətlərini pisləşdirən aktyorlara çevrilən ictimai qurumları süzgəcdən keçirməyin zəruriliyi ilə bağlı bir mesajdır.
Rusiya ilə ABŞ arasında soyuq müharibə vəziyyətində Dövlət Departamenti və Amerika xüsusi xidmət orqanları postsovet məkanında Moskvanın artan nüfuzunun qarşısını almağa çalışırlar. Bunun üçün QHT, vətəndaş cəmiyyəti və gənclərin böyük əhəmiyyət kəsb edəcək nümayəndələrini müxtəlif təlimlərdən sonra Qərb maraqlarına uyğun olan soft power şəbəkəsinə qoşurlar. Bu deyilənlər Ermənistana da aiddir.
