Sudan kənarda da yaşaya bilən, ilanbaşı balığı ABŞ-da geniş yayılıb, ona görə də yerli hakimiyyət qurumları gördüyü yerdə onları öldürmək üçün rəsmi çağırış səsləndirdilər.
KONKRET.az bildirir ki, şirin suda yaşayan ilanbaşı balığı (Channa argus) Uzaq Şərqdə – Yantszı çayından Amur çayınadək böyük bir ərazidə məskunlaşmışdı. Amma insanın müdaxiləsi nəticəsində və yeni yerlərə daha tez öyrəşmək qabiliyyəti sayəsində bu balıq növü keçən əsrin 60-cı illərindən etibarən yerli ekosistemləri məhv edərək Şərqi Avropa və Orta Asiyaya yayıldı. Bizim əsrin əvvəllərindən isə ABŞ-da, Merilenddən başlayaraq artıq 14 ştatda rast gəlinir.
İlanbaşı balığının ovuna icazə verilir və hətta təşviq olunur, lakin bu tədbirlər balığın yeni əraziləri işğal etməsini dayandırmır. Bu yaınlarda Corciya ştatının Təbii Sərvətlər Departamenti işğalçı balıqlarla hər hansı bir qarşılaşma zamanı “dərhal öldürün, əsla buraxmayın” çağırışı edən rəsmi açıqlama yayıb. Deyildiyinə görə, Corciya işğalçı balığın girdiyi 15-ci ştatdır. Balıqlardan birinin aşkar edildiyi Guinnett su anbarı çox güman ki, zəhərli maddələrlə “yuyulacaq”, yalnız bu yolla təhlükənin “yayılmasından” xilas olmaq mümkündür.
İlanbaşı balığının əsas silahı aqressivlik, iddiasızlıq, ildə 100 minə qədər kürü qoymaq və havadan nəfəs almaq bacarığıdır, xüsusən də sonuncu bacarığı sayəsində balıq quruda bir neçə gün qala bilər, hətta bir su hövzəsindən digərinə qədər sürünə bilər. İlanbaşılar eyni iştahla balıq xırda balıqları, molyuskları, xərçəngkimiləri və s. yeyən universal yırtıcılardır.