ABŞ-ın dövlət katibi Mayk Pompeo Qazaxıstana getdibackend

ABŞ-ın dövlət katibi Mayk Pompeo Qazaxıstana getdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

ABŞ-ın dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstan paytaxtına səfər edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Dövlət katibi ölkə rəhbərliyi ilə ikitərəfli və regional əməkdaşlıq, qlobal aktual məsələləri müzakirə edəcək.

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Səfər çərçivəsində Mayk Pompeonun ölkə başçısı Kasım-Jomart Tokayevlə, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşləri nəzərdə tutulub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*