“ABŞ Rusiyanın dollarla olan borc öhdəliklərini ödəməməsi üçün hər şeyi edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev səsləndirib.
Siyasətçi qeyd edib ki, süni problemlər yaradılmasa Rusiya istənilən valyutada öhdəliyini qaytara bilər. Beləliklə, ABŞ-ın maneəsi Rusiyanın real maliyyə reputasiyasına təsir etməyəcək.
“ABŞ-ın öhdəliklərin yerinə yetirilməsinə texniki maneələr yaratması məhkəmə tərəfindən ya fors-major vəziyyət, ya da kreditorun təqsirli davranışı kimi qiymətləndirilməlidir” – deyə Medvedyev vurğulayıb.
“Bu öhdəlikləri rublla yerinə yetirmək mümkündür. Belə bir şəraitdə bu, düzgün addım olacaq” – siyasətçi fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
