ABŞ İranla nüvə danışıqlarına qayıda bilər – Blinkenbackend

ABŞ İranla nüvə danışıqlarına qayıda bilər - Blinken

Tehran ikitərəfli gərginliyi azaltmaq üçün hərəkətə keçərsə, ABŞ İranla nüvə sazişi üzrə danışıqlara qayıda bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.

“İndi biz nüvə razılaşmalarını müzakirə etmirik. Biz onlara başa saldıq ki, onlar müxtəlif istiqamətlərdə münasibətlərimizdə mövcud olan gərginliyi azaltmalı, artırmamalıdırlar. Görək bunu edəcəklərmi. Ola bilsin ki, o zaman biz nüvə məsələlərində dialoqa qayıda bildiyimiz atmosferə malik olaq, lakin hələlik vəziyyət belə deyil”, – o, müvafiq sualı cavablandırarkən deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*