Tramp təcili HƏRƏKƏTƏ KEÇDİ: ABŞ İrana qarşı böyük müharibə elan etdibackend

Tramp təcili HƏRƏKƏTƏ KEÇDİ: ABŞ İrana qarşı böyük müharibə elan etdi

ABŞ İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra İrana qarşı daha genişmiqyaslı əməliyyatlara hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinə danışan ABŞ rəsmisi məlumat verib.

Onun sözlərinə görə, Pentaqon Yaxın Şərqdə hərbi təyyarələrin sayını artırır.

Nəşrin digər həmsöhbəti isə bildirib ki, ABŞ-ın hərbi əməliyyatlarının genişləndirilməsi hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatlarının azalması səbəbindən məhdud ola bilər.

Bundan əlavə, döyüşlər nəticəsində yaranan itkilər səbəbindən Yaxın Şərqə əlavə qoşun və hərbi aviasiyanın göndərilməsi də çətinləşəcək.

“The Washington Post” qeyd edir ki, ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən başlamasından bəri azı üç amerikalı hərbçi həlak olub. Bildirilir ki, iyulun 18-də İranın İordaniyadakı ABŞ obyektlərinə endirdiyi zərbə nəticəsində iki amerikalı əsgər ölüb, daha bir hərbçi isə itkin düşüb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*