ABŞ İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün 8,7 milyard dollarlıq yardım paketi ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu paketə 3,5 milyard dollar müharibə təchizatı üçün, 5,2 milyard dollar isə Dəmir Günbəz raketdən müdafiə sistemi və qabaqcıl lazer sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, İsrail hazırda Qəzzada HAMAS-a və Livanda Hizbullaha qarşı iki cəbhədə mübarizə aparır.