ABŞ kəşfiyyatının İDDİASI: Rusiya payızdan etibarən NATO ölkəsinə hücum edəcəkbackend

ABŞ kəşfiyyatının İDDİASI: Rusiya payızdan etibarən NATO ölkəsinə hücum edəcək

ABŞ kəşfiyyatının yeni qiymətləndirməsinə görə, Rusiya bu ilin payızından başlayaraq NATO üzvü olan ölkələrdən birinə qarşı məhdudmiqyaslı hücum həyata keçirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazıb.

ABŞ kəşfiyyatı müxtəlif ssenariləri nəzərdən keçirir. Bunlara NATO ölkəsinə qarşı kiberhücum, tanınma nişanı olmayan silahlı qrupların əraziyə göndərilməsi və ya alyansın şərq cinahına məhdud quru hücumu daxildir.

Nəşr yazır ki, ən radikal ssenari – məhdud quru əməliyyatının baş vermə ehtimalı hələ də aşağı qiymətləndirilsə də, əvvəlki dövrlə müqayisədə artıb. Çünki belə bir addım NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə düşməsinə səbəb ola bilər.

ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, mümkün hücum bu ilin payızından 2029-cu ilədək olan dövrdə baş verə bilər.

Mənbələrin sözlərinə görə, Vaşinqtonun əvvəlki qiymətləndirməsində Moskvanın Ukraynadakı müharibə davam etdiyi müddətdə NATO ilə yeni qarşıdurmaya getməyəcəyi hesab olunurdu. Lakin indi hesab edilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada artan çətinliklər və daxili təzyiqlər fonunda daha riskli addımlar ata bilər.

Qeyd olunur ki, ABŞ rəsmiləri belə bir hücumun əsas məqsədinin NATO daxilində parçalanma yaratmaq ola biləcəyini düşünürlər.

The Wall Street Journal həmçinin yazır ki, yeni kəşfiyyat qiymətləndirməsi ABŞ-də hava hücumundan müdafiə sistemləri, raketlər, radarlar və digər sursat ehtiyatlarının kifayətliliyi ilə bağlı narahatlıqları da artırıb. Bununla belə, Pentaqon ABŞ-də sursat çatışmazlığı ilə bağlı məlumatları təkzib edib.

Nəşr bildirir ki, həm Pentaqon, həm də NATO-nun Avropadakı Ali Komandanlığı məxfi kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*