backend

ABŞ koronavirusa baxmayaraq inaqurasiyaya hazırlaşır

Koronavirusun yayılmasına baxmayaraq, Konqress tam şəkildə prezidentin inaqurasiya mərasimini keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu sözləri amerikalı respublikaçı senator Roy Blant deyib.

“Biz qərar veririk, planlaşdırırıq ki, inaqurasiya adi qaydada keçiriləcək. İnaqurasiya açıq havada və tam şəkildə keçiriləcək”, – deyə senator bildirib.

Qeyd edək ki, prezident seçkilərində qalibiyyəti elan olunan demokrat Co Bayden növbəti ilin yanvarın 20-də səlahiyyətlərini Donald Trampdan təhvil alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*