ABŞ-la danışıqlar necə keçib? – Zelenski AÇIQLADIbackend

ABŞ-la danışıqlar necə keçib? - Zelenski AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rustem Umerov və Andrey Qnatovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ tərəfi, o cümlədən Donald Trampın komandası ilə danışıqları uğurla aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında paylaşım edib.

Prezidentin sözlərinə görə, artıq bir neçə mühüm sənədin layihələri hazırlanıb. Həmin sənədlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri, müharibədən sonra ölkənin bərpası, eləcə də münaqişənin dayandırılması üçün əsas çərçivənin formalaşdırılması ilə bağlıdır.

Zelenski vurğulayıb ki, dayanıqlı sülhə nail olmaq üçün Rusiyaya qarşı beynəlxalq təzyiqin gücləndirilməsi zəruridir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*